Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslumov Samuxda vətəndaşları qəbul edib. Nazirə müraciət edənlər arasında Samuxla yanaşı, Gəncə şəhəri, Göygöl Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri də olub. Vətəndaşlar əsasən əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı, məşğulluq, bərpa müalicəsi, əmək pensiyası hüququnun müəyyən olunması və sairə məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Bütün müraciətlər obyektiv şəkildə araşdırılıb və vətəndaşlara hüquqi izahatlar verilib. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Qəbuldan sonra jurnalistlərin suallarını cavablandıran nazir Səlim Müslumov özünü məşğulluq proqramının əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki son bir ildə bu proqram özünü müsbət tərəfdən doğruldub.
Səlim Müslümov - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri: "İlkin nəticələr çox sevindiricidir. Artıq 855-ə yaxın ailə öz kiçik bizneslərini qurublar. Bunun ilkin nəticələrini görürlər. Xüsusi ilə qoyunçuluqla məşğul olanlarda çox böyük irəlləyişlər var".
Natiq Hüseyn
- Baxış: 652