Abşeronda dəhşətli qətl törədilib. Hadisə iki gün əvvəl rayonun Saray qəsəbəsi, "Üzümlük" adlanan ərazidə qeydə alınıb. Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibin başına taxta ilə vuraraq öldürüb. Daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək ondan pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb. Yaralı qadın qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu deyilir. Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi bəlli olub. Rayon sakini, 43 yaşlı Maqsud Əliyev saxlanılıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
Zülfiyyə Telmanqızı
- Baxış: 591