• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 22.08.2017 22:52

Avtoxuliqan çox çalışsa da, qanundan qaça bilmədi

KepezTV Player

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıblar. Belə ki, “Daewoo” markalı avtomobilin dayandırılması barədə qərar olduğu üçün avqustun 18-i Rəşid Behbudov küçəsində yol polisi tərəfindən sükan arxasında olan Əlişan Qasımova “saxla” əmri verilib, ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam edib. Dəfələrlə edilən çağırışlara baxmayaraq Əlişan Qasımov ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, avtoxuliqanlıq edib. Görülən tədbirlər nəticəsində Qasımovun idarə etdiyi avtomobili Xətai rayonu, Nobel prospektində digər yol polislərinin köməyi ilə süni tıxac yaradılandan sonra dayandırmaq mümkün olub. Araşdırma zamanı şəxsin sürücülük vəsiqəsinin etibarlılıq müddətinin 2016-cı ilin 10 avqust tarixində başa çatdığı və o vaxtdan avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olub. Xətai Rayon Məhkəməsinin qərarı ilə Qasımov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilindiyi üçün 1 ay müddətində həbs edilib,nəqliyyat vasitələrini idarə etmək hüququ isə 1 il müddətinə məhdudlaşdırılıb.