Yanğın hadisəsi Lerikin Vizəzəmin kəndində qeydə alınıb. Kənd sakini 54 yaşlı Elman Hüseynova məxsus yaşayış evində naməlum səbəbdən başlayan yanğın qısa müddət ərzində bütün evi bürüyüb.
Yanğın səhər erkən saatlarda baş verdiyindən ailə üzvləri evdə olub. Lakin onlardan yalnız bir nəfəri öz həyatını xilas edə bilib.
Yanğın zamanı ev sahibi Elman Hüseynov, onun həyat yoldaşı 50 yaşlı Şükufə Hüseynova və ev sahibinin qızı 22 yaşlı Süsən Mirzəzadə hadisə yerində yanaraq külə dönüb. Ailə üzvlərindən biri Mehti Hüseynov isə yanğından xilas ola bilib.
Yelmar Hüseynov ev sahibinin oğlu:Hadisə baş verəndə mən işdə idim zəng vurdular ki,belə bir hadisə olub çıxdım gəldim mən gələndə ev tam yanmışdı bilmirəm normal bir ailə idik yanğının nəydən baş verdiyindən özümündə xəbərim yox idi .iki üç gün qabaq evə gəlmişdim hər şey normal idi özümdə şoka düşdüm.
Hadisənin baş vermə səbəbləri tibbi ekspertizadan və hadisə yerində aparılan araşdırmalardan sonra məlum olacaq.
- Baxış: 485