Gəncə şəhərində bir nəfərin xəsarət alması faktı qeydə alınıb. Şəhər sakini 27 yaşlı Zaur Məmmədov bel nahiyyəsindən daxilə keçməyən xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Ona tibbi yardım göstərildikdən sonra vəziyyəti normal olduğu üçün ambulator müalicəyə buraxılıb. Zaur Məmmədova qonşusu tərəfindən xəsarət yetirildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 561