Çayda batdığı ehtimal olunan 26 yaşlı gəncin axtarışları aparılır. Hadisənin ötən gün Katex çayının Balakən rayonu ərazisindən keçən hissəsində qeydə alındığı bildirilir. İlkin məlumata görə, Zaqatala rayonu Aşağı Tala kənd sakini, fotoqraf olan Ədilxan Nuriyev şəkil çəkmək üçün çay kənarına gedib. Daha sonra isə çimmək üçün çaya girib. Onların iki nəfər olduğu deyilir. Axtarış işlərini Balakən RPŞ-nin əməkdaşları, xilasedicilər aparırlar. Yerli sakinlər də onlara kömək göstərirlər. Artıq gecə saatları olduğundan axtarış işləri dayandırılıb, sabah erkən saatlardan yenidən başlayacaq. Ədilxan Nuriyevin bir azyaşlı övladı var. Özü də ailənin yeganə oğlan övladıdır. Balakən rayon prokurorluğu faktla əlaqədar axtarış aparır.
Zülfiyyə Telmanqızı
- Baxış: 468