KepezTV Player
Quba rayonunda qətl hadisəsi baş verib. Cimi kəndində 37 yaşlı Maarif Alxasov həmkəndlisi, 34 yaşlı Vətən Əhmədova balta ilə xəsarət yetirib. Xəsarət alan şəxs ölüb. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir. Təfərrüatlar araşdırılır, bu işlə Quba rayon prokurorluğu məşğuldur. Əminik ki, əsl səbəblər müəyyən ediləcək və təqsirkar layiqli cəzasını alacaq. Amma artıq məlum olan budur ki, ölən Vətən Əhmədov ailəli olub və indi onun ailəsi iki övladı ilə birlikdə başsız qaldı.
Zülfiyyə Telmanqızı
- Baxış: 592