Dünən UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ" bu mərhələdə “Kopenhagen”lə görüşüb. Danimarka təmsilçisi ilə ilk matç Bakıda baş tutub. Oyun komandamızın qələbəsi ilə nəticələnib – 1:0.
Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının qrup mərhələsində oynayacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
15 avqust
“Qarabağ” - “Kopenhagen” 1:0
Qol: M.Mədətov, 25.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Azad Rəfi
- Baxış: 418