Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.08.2017 18:38
3 otaqlı ev yararsız hala düşdü
KepezTV Player
Zaqatalada fərdi yaşayış evində yanğın olub. Hadisə bu gün günorta saatlarında rayonun Aşağı Tala kəndində Namin Nəzirliyə məxsus evdə baş verib. Əraziyə FHN-in Zaqatala Yanğından Mühafizə Bölməsinin 2 texnikası və canlı qüvvəsi cəlb edilib. Xəsarət alan olmasa da, bir mərtəbəli 3 otaqlı ümumi sahəsi 200 kv metr olan fərdi yaşayş evi içərisindəki əşyalarla birgə tamamilə yanıb. Alovun genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 588
