Qəzalar yenə günün xəbərinə çevrildi. Ölkəmizin cənubu və şimal qərbi yol nəqliyyat hadisələrinin arealına çevrildi. Birinin qurbanı mal qara oldu. Digər qəza isə 3 nəfəri xəstəxanalıq etdi
Şəkidə baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb. Qaxa doğru hərəkət edən “Lexus” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı dərəyə yuvarlanıb. Hadisə zamanı Bərdə rayon sakinləri 51 yaşlı Kəmalə Nərimanova, 65 yaşlı Yusif Nərimanov və 7 yaşlı Nərmin Nərimanbəyli xəsarət alıb. Yaralılar Şəki Mərkəzi Rayon Xəstəxcanasına çatdırılıblar. Tibb müəssisəsindən verilən məlumata görə, Yusif Nərimanov və balaca Nərmin qəzadan cuzi xəsarətlərlə qurtarsalar da, qadının vəziyyəti ağırdır və hazırda Reanimasiya şöbəsindədir. İlkin ehtimala görə, hadisənin baş verməsinə sürət həddinin aşılması səbəb olub. Cəlilabad rayonunda isə minik avtomobili örüşdən qayıdan heyvan sürüsünə çırpılıb. Hadisə Ələt-Astara magistaral yolunun Cəlilabadın Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Alar kənd sakini Məhəmməd Əliyev idarə etdiyi “Mercsedes” markalı minik avtomobili ilə Bakı istiamətində hərəkət edərkən yolu keçən mal-qara sürüsünə girib. Qəza nəticəsində 5 baş iribuynuzlu, 10-a yaxın xırdabuynuzlu heyvan tələf olub. Hadisə zamanı sürücü yüngül xəsarət alıb, avtomobili əzilərək sıradan çıxıb. Şahidlərin sözlərinə görə, qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 416