• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1757
— 14.08.2017 16:02

Gəncədə taksi sürücülərə qarşı reyd keçirilib

KepezTV Player

Yol hərəkəti qaydalarına ictimai nəqliyyat vasitələrinin sürücüləri daha diqqətlə riayət etməlidirlər. Çünki onlar yalnız özlərinin yox, həm də sərnişinlərin həyatlarına görə məsuliyyət daşıyırlar. Gəncədə idarə etdikləri avtobusları və ya taksiləri harada gəldi saxlayan, buna görə də tıxaclara səbəb olan və başqa qayda pozuntularına yol verən içtimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib. Gəncə Avtomobil Nəqliyyatı və Sərnişindaşıma idarəsinin Dövlət Yol Polisi ilə birgə keçirdiyi reyd zamanı bir çox qanun pozuntuları aşkarlanıb.

Reyd şəhərin Nizami Sovxozu adlanan ərazisində, Nizami prospektində və mərkəzi küçələrində aparıldı. Təssüf ki, yenə də avtobus və taksi sürüclərinin qaydaları pozması hallarına az rast gəlinmədi. Xüsusən də öz şəxsi avtomobilləri ilə taksi xidməti göstərən sürüclərin maarifləndirməyə ehtiyacı olduğu aşkarlandı.

Elmar Əhmədov - Gəncə Avtomobil Nəqliyyatı və Sərnişindaşıma idarəsinin sektor müdiri: “Fiziki daşıyıcılar var ki, onlar avtobus dayanacaqlarında maşnlarını saxlayaraq xidmət aparırlar. Bəzi sürücülər səkidə və yaxud yolun hərəkət hissəsinin 2 cərigəsində dayanırlar. Bizim reydminin əsas məqsədi şəhərdə tıxacın qarşısını alınması və xidmət aparan nəqliyyat vasitələrini reys öncəsi texniki baxşıdan və sürüclərinisə tibbi müayinədən keçməsidir.”

Qaydaları pozan sürücülərlə maarifləndirici söhbətlər aparıldı və onlara ictimai nəqliyyat vasitələrini idarə edənlərin qaydalara daha diqqətlə yanaşmalı olduqları xatırladıldı. Xəbərdarlıqlara məhəl qoymayanları isə əlbəttə ki, cəza gözləyir.

Şahin Qasımov - Gəncə şəhər DYP şöbəsinin müfəttişi: “Bu gündən bu kimi reydlərimiz davam etdiriləcəkdir. Qanunvericiliyin tələblərinə əməl etməyən sürüclər haqqında ciddi tədbirlər görüləcəkdir. Aparılan teyd zamanı 10 sürücü barəsində inzibatı protokol tərtib olundu.”

Reyd zamanı cərimə edilənlər arasında fərqlənmə nişanı olmadan fəaliyyət göstərən bir neçə taksi sürücüsü də var idi.

 

Xaliq Qurbanlı