• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 14.08.2017 15:43

Gəncədə ətraf mühitə və yaşıllıqlara qarşı qanun pozuntularına yol verən vətəndaşlar ciddi cəzalandırılıblar

KepezTV Player

Son 6 ay ərzində 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən yaşıllıqların qanunsuz məhv edilməsi ilə əlaqədar 21 akt və 22 inzibati protokol tərtib edilib. Protokollar əsasında 20 min manatdan çox məbləğdə cərimə tətbiq olunub. Həmin məbləğin 6510 manatı məhkəmə qətnamələri əsasında məcburi ödətdirilib. Yaşıllıqlara dəymiş ziyanla bağlı qalan 7 iş üzrə təyin olunan 13950 manat isə cinayət tərkibi yaratdığı üçün adiyyəti üzrə Gəncə şəhər prokurorluğuna göndərilib. Qanunsuz ağac kəsimi ilə bağlı 11 faktın araşdırılması üçün polis orqanlarına müraciət olunub. 

Mahir Abdurəhmanov - 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin sektor müdiri: “Yaşıllıqların mühafizəsi ilə bağlı tərəfimizdən daim olaraq tədbirlər həyata keçirilir, reydlər aparılır və qanunvericiliyin tələblərini pozan vətəndaşlara qarşı mütəmadi olaraq tədbirlər görülür. Qanun belə tələb edir ki, vətəndaş hər hansı bir ağacı kəsdikdə şöbəmizə müraciət etməlidir və şöbədən alınmış müvafiq razılıq əsasında həmin ağac kəsilərək ərazidən götürülməlidir. Bu qaydalara əməl etməyən vətəndaşlar tərəfimizdən inzibati qaydada cəzalandırılacaq”.