• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 12.08.2017 17:24

"Yerində tarix" eko-turçuları Göygölün Şəhriyar kəndində olublar

KepezTV Player

Tələbələri aparan avtobuslar Göygöl rayonunun Şəhriyar kəndinə doğru yola düşür...  İlk dayanacaq kəndin daxilində olan və XVII əsrə aid edilən xristian məbədidir. Məbədin tarixi, onun memarlıq üslubu və hazırkı vəziyyəti barədə ətraflı məlumat aldıqdan sonra tələbələr yola davam edirlər. Kəndin ərazisində yerləşən və birinciyə nisbətən daha qədim olan alban məbədini görmək üçün iki kilometrdən artıq yol qət edilir... Arada şəkil çəkdirmək də yaddan çıxmır.

Meşəlik ərazidə yerləşən və XII-XIII əsrlərə aid edilən alban məbədi də tələbə-gənclərin diqqətini cəlb edir. Eko-turçular verilən tarixi məlumatları diqqətlə dinləyib, düşərgə yerinə yollanırlar.

Düşərgədə Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov  tələbələrlə səmimi söhbət edərək onları maraqlandıran suaları cavablandırır. Daha sonra gənclər “Bədən dili” adlı təlimdə iştirak edir və bilik yarışına qatılırlar.  Qaliblər mükafatlandırılır.<b

Eko-tur çərçivəsində gənclər arasında müxtəlif idman yarışları da keçirildi.“Yerində tarix” layihəsi çərçivəsində həmçinin şəhərdaxili turun təşkili planlaşdırılır.