Yollarda təhlükəsizliyin qanunla tənzimləndiyi bir ölkədə yaşayırıq. Bir qədər məsuliyyətlə əslində həm öz canımızı, həm də başqalarını qoruya bilərik, amma çifayda. Təəssüf ki, hələ də qanuna biganə münasibətlə yol qəzalarına səbəbiyyət verə bilirik. Ağır yol qəzaları baş verir. Belə hadisələrdən biri elə Bakıda qeydə alınıb. Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub. Bir nəfər dünyasını dəyişib, üç nəfər - Nəsimi Abbasov, Orxan Məmmədov və Namiq Gülməmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıblar. Onlara tibbi yardım göstərilib, həyati təhlükələri aradan qaldırılıb. Hadisənin dəqiq baş vermə səbəblərinə gəlincə, bununla bağlı avtotexniki ekspertiza təyin edilib.
Vüsalə Camal
- Baxış: 371