• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1727
— 11.08.2017 16:38

Dövlət Sosial Müdafiə Fondu Gəncədə seminar müşavirə keçirib

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncədə seminar müşavirə keçirib. Seminara Gəncə ilə yanaşı Şəmkir, Ağstafa, Qazax, Tovuz, Goranboy, Samux, Göygöl, Daşkəsən, Naftalan, Xocalı, Kəlbəcər rayon şöbələrinin əməkdaşları qatılıb. Məqsəd pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı yerli qurumların əməkdaşlarının məlumatlandırılmasıdır. Yeniliklər pensiya sistemində sosial sığorta ilə bağlı olmayan öhdəliklərin aradan qaldırılmasına, pensiya hüquqlarının uyğun sığorta təminatı əsasında formalaşmasına və sistemin maliyyə yükünün optimallaşdırılmasına hesablanıb.

Eyvaz İsmayılov - DSMF-nin nümayəndəsi: “Ən azı 15 840 manat kapital toplamalıdır ki, yaş çatanda stajdan asılı olmayaraq pensiya ilə təmin olunsun. İkinci varant - yaşı çatıb, kapitalı yoxdursa, ən azı 25 il stajı olmalıdır ki, pensiya ilə təmin olunsun. Üçüncü variantda - kapitalı da, stajı da yoxdursa, vətəndaşa imkan verilir ki, çatışmayan kapitalı fərdi hesaba ödəməklə pensiya hüququ əldə etsin”.

 

Xəyalə Mürsəl