KepezTV Player
Zaqatalada qardaş 62 yaşlı bacısını bıçaqlayıb. Gecə saat 3 radələrində rayonun Aşağı Tala kənd sakini, 1955-ci il təvəllüdlü Rahilə Canımova Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Onun bədənində çoxsaylı bıçaq xəsarətləri olduğundan o, həkimlərin ilk yardımından sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir. İlkin məlumata görə, ahıl qadın yaşadığı ünvanda qardaşı Famil Canımovla şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman qardaş bıçaqla bacısına çoxsaylı xəsarət yetirib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Famil Canımov saxlanılıb.
Vüsalə Camal
- Baxış: 476