KepezTV Player
Daşkəsən rayonunda döyülmə faktı qeydə alınıb. Quşçu kənd sakini 36 yaşlı Kamal Həsənov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Müayinə zamanı ona başın yumşaq toxumalarının və döş qəfəsinin əzniyi diaqnozu qoyulub. Ona tibbi yardım göstərilib və palataya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir. Həsənovun ailə münaqişəsi zəminində bacısından boşanan yeznəsi və tanıdığı digər 8 nəfər tərəfindən döyüldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 433