• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1572
— 07.08.2017 18:34

Normativlərə uyğun olmayan avtomobillərin sahibləri cərimələndilər

KepezTV Player

Masallıda da reyd keçirilib. Nasaz avtomobillərə qarşı, çünki belə nəqliyyat vasitələri qəzalara səbəb olmaqla yanaşı, həm də atmosferi çirkləndirir. Sovet istehsalı olan maşınlarda bu hallara daha çox rast gəlinir.

"Təmiz hava aylığı” çərçivəsində Masallı rayon Dövlət Yol Polisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları rayon ərazisində növbəti reyd keçiriblər. Reyd zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərdən çıxan qazların tərkibindəki zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. Reyd zamanı avtomobillərdən buraxılan dəm qazı xüsusi qurğu ilə yoxlanıldıqdan sonra sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilib.

Xüsusi cihazlar vasitəsi ilə yoxlanan nəqliyyat vasitələrinin sahiblərindən bəziləri bu cür problemlərin yaranmasını yanacağın normaya uyğun olmamamsı ilə əlaqələndiriblər. Reyddə həmçinin polisin dur əmrinə tabe olmayanlara da rast gəlinib. "Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam edəcək.

 

Vüsalə Camal