KepezTV Player
Yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması məqsədilə asayiş keşikçiləri növbəti nəzarət tədbiri həyata keçiriblər. Budəfəki reyd Goranboy rayonunun Ağcakənd qəsəbəsində təşkil edilib. Təəssüf ki, qaydaları pozanlara yenə rast gəlinib.
Xocalı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı sürücülük hüququ olmadan avtomobil idarə edənlərə də rast gəlinib…
Gecə saatlarına qədər davam edən reyd zamanı 5 sərxoş sürücü saxlanılıb. Ümumilikdə yol hərəkəti qaydalarını pozan 16 nəfər müvafiq protokol tərtib edilməklə inzibati məsuliyyətə cəlb olunub.
Vüsalə Camal
- Baxış: 626