KepezTV Player
Daxili İşlər Nazirliyi Lənkəranda nənənin nəvəsini öldürməsi ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda qeyd olunur ki, polis və prokurorluq orqanlarının həyata keçirdiyi istintaq və əməliyyat tədbirləri nəticəsində 5 günlük körpəni su quyusuna atmaqda şübhəli bilinən Atifə Nuriyeva tutulub. Artıq, Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclas da keçirilib. Cinayəti törətməsinə ciddi əsaslar olduğu müəyyən edildiyindən öldürülən 6 günlük körpə Mələk Nuriyevanın nənəsi Atifə Nuriyevaya barəsində dörd ay müddətinə həbs qəti imkan tədbiri seçilib.
Vüsalə Camal
- Baxış: 433