Bakı şəhərində qətl törədilib. Hadisə 9-cu mikrorayonda, Mir Cəlal küçəsi 25 ünvanında qeydə alınıb. Rayon sakini Əli Əliyev qardaşı Muradı bıçaqlayaraq öldürüb. Əli Əliyev hadisəni törətdikdən sonra qaçıb. Hazırda polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Qətlə yetirilən Murad Əliyev Çevik Polis Alayını Nəsimi Rayon bölməsinin əməkdaşı olub. Qan qardaşının canına qıymaq. Bu artıq qəzəbin son həddi, özünə hakim kəsilə bilməməyin pik noqtəsi, kuliminasiyasıdır. Bu məqamda insan insan olmaqdan çıxır. Çalışaq hər zaman hisslərimizə və özümüzə hakim kəsilə bilək.
Vüsalə Camal
- Baxış: 458