Qubada da ağır yol-nəqliyyat hadisəsi baş verib. İstirahətə gələn dostlar avtomobili çaya aşırıblar. Nəticədə bir nəfər həyatını itirib. Bu, Qubanın dağlıq kəndlərində baş verən birinci hadisə deyil. Bu qəza başqa bir məsələni də önə çıxarıb. İzləyək.
Qəza hadisəsi Qubanın dağlıq kəndi olan Künxırtda baş verib. Bakı şəhərindən istirahətə gələn 2 gənc idarəetməni itirərək avtomobili bu çaya aşırır. Burda dəmir maneələr olsada bu avtomobilin surətinə tab gətirə bilmir və 15 m dərinliyə aşır.
Hadisə nəticəsində sərnişin Samir Behbudov yerindəcə dünyasını dəyişib. Sürücü 1978-ci il təvəllüdlü Vüsal Səmədov oğlu isə dərhal Quba mərkəzi rayon xəstənasına çatdırılıb
Bu Qubanın dağlıq kəndlərində baş verən ilk hadisə deyil. Ümumilikdə isə Qubanın bir sıra dağlıq istiqamətindəki yollarda təhlükəli vəziyyət yaşanır. Yol kənarlarında lazımı nişanların olmamasıda sürücülər üçün çətinliklər yaradır.
Quba turizm informasiya mərkəzi bildirdilər ki, bura müraciət edən turistlər yollar barədə məlumatlandırılır. Dağlıq yollarında payız qış aylarında təhlükə daha da artır.
Mərkəzdən bölgəyə gələn turistlərə özləri ilə bələdçi aparmaq və ya yollar haqqında öncədən məlumat almalarını tövsiyyə edilir.
Vüsalə Camal
- Baxış: 722