Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			01.08.2017 23:31		
		Tovuzda qəza baş verib
 
					  				Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var. Hadisə Bakı-Qazax magistralının Tovuz rayonu Düzqırıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” və BMW markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
Xaliq Qurbanalı
- Baxış: 519

