• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 01.08.2017 16:35

Piyadavurma halları artıb

KepezTV Player

 Gəncə şəhər Yol Polisi Şöbəsinin Təbliğat və Təşviqat inspektoru Vasif Rüstəmov son zamanlar şəhərin küçə və prospektlərində piyadavurma hallarını artığına diqqət çəkib. İnsan ölümü və xəsarət alması ilə nəticələnən belə bədbəxt hadisələrin baş verməməsi üçün mübarizə tədbirlərinin görüldüyünü deyən inspektor yollarda sürücülərin və piyadaların üzərlərinə də ciddi məsuliyyət düşdüyünü bildirib.

Vasif Rüstəmov - Gəncə şəhər DYP şöbəsinin inspektoru: “Aparılan təhlillər göstəriri ki, hadisələrin baş vermə səbəbləri sürücülər tərəfindən ötmə, manver etmə, yol ayrıcını keçmə, nizamlanmayan yerlərdə piyadalara yol verilməməsi, sürət rejiminə əməl olunmaması və piyadalar tərəfindən isə müəyyən edilməyən yerlərdən keçməmələri nəticəsində baş verib. Odur ki, sürücülərin və piyadaların nəzərinə çatdırıram ki, bu çür yol hərəkət qaydalarını pozmasınlar.Əks halda onlar Yol Patrul əməkdaşları tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlər görüləcəkdir”.

 

Vəfa Şairova