Goranboy rayon Mərkəzi Xəstəxanasında qadın dünyasını dəyişib. Rayonun Xan Qərvənd kənd sakini 29 yaşlı Fərqanə Əliyeva ağır vəziyyətdə Goranboy rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona tibbi yardım göstərsə də həyatını xilas etmək mümkün olmayıb. Fərqanə Əliyevanın hansı səbəbdən öldüyü hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 361