KepezTV Player
“Gəncə MDB Mədəniyyət Paytaxtı – 2017” layihəsi çərçivəsində rəsm sərgisinin təltifetmə mərasimi baş tutub. Mərasimində rənglərin sağlamlığa və əhval-ruhiyyəyə müsbət təsir etdiyi və bunun üçün də belə sərgilərin keçirilməsinin müsbət hal olduğu qeyd edilib. 15-25 yaş arası 30-a yaxın gənc “Gəncə rənglərdə” adlı proqramda boya və karandaşla müxtəlif mövzularda rəsmlər çəkərək bacarıqlarını nümayiş etdirib. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Gülnar Fazilqızı
- Baxış: 1241