KepezTV Player
Gəncədə bədbəxt hadisə baş verib. Şəmkir rayonunda yaşayan, Kəlbəcər rayonundan olan məcburi köçkün 40 yaşlı Hüseyn Hüseynov şəhər ərazisində fərdi evdə fəhlə işləyərkən yıxılaraq xəsarət alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər ona sol dirsəyin çıxığı və sol mil sümüyün açıq sınığı diaqnozu qoyub. Hüseyn Hüseynova ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 461