• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 20.07.2017 17:33

Gəncədəki universitetlər nailiyyətləri necə kommersiyalaşdırır?

KepezTV Player

Ali təhsil müəssisələri qazandıqları nailiyyətləri kommersiyalaşdırmaqla gəlir əldə etməli, həm də iqtisadiyyatın inkişafına və diversifikasiyasına töhvə verməlidir. Hazırkı vəziyyət bunu tələb edir. Bəs Gəncədə fəaliyyət göstərən ali təhsil ocaqlarında bu iş necə təşkil olunub?

Azərbaycan Texnologiya Universiteti son iki ildə bu işə sistemli yanaşma tətbiq edir. Bütün əməkdaşlıq və gəlir bölgüsü əsasnamə çərçivəsində aparılır. Ali təhsil ocaqlarının əsaslanacağı “Əqli mülkiyyətin kommersiyalaşdırılması üzrə milli siyasət” layihəsinin hazırlanmasında Universitet milli işçi qrupun üzvü kimi iştirak edir. Həmçinin təbii sərvətlərdən istifadə edərək fizioterapiyada tətbiq olunacaq dərmanların hazırlanması üzrə də tədqiqat işi aparılıb. Bu yöndə artıq yeni təkliflər də qəbul olunub.

Səbuhi Yusifov - ATU-nun prorektoru: Regionda fəaliyyət göstərən 15-ə yaxın müəssisə ilə-qida, tekstil sektorunda, metallurgiya, telekommunikasiya sahəsində olan şirkətlərlə konkret əməli fəaliyyətə başlamışıq. Müəssisələrlə əməkdşalıq çərçivəsində yeni laboratoriyalrın qurulması nəzərdə tutulur. Hansı ki, bu il ikisi açılıb. Rusiya univeristetləri ilə layihə təkliflərimiz var. Gəncə Avtomobil zovodu ilə tarktorlara qoşquların milli səviyyədə istehsalı üçün inkubasiya mərkəzinin qurulması üzrə təkliflər var. Hazırda onun üzərində iş gedir.

Azərbaycan Dövlət Aqrar Univeristetində 30-a yaxın ixtisasın əksəriyyəti təcrübi xarakterli olduğuna görə tələbələrin fərqi təşəbbüslərinin dəstəklənməsinə önəm verilir. Ali məktəb ölkə üzrə müxtəlif qrantların qalibi olub. Əlbəttə bu qalibiyyətdən müəllim və tələbə heyəti də fayda görüb.

Fərrux Rəhimov  ADAU-nun Tələbə Elmi Cəmiyyətinin sədri: Aqrobiznes inkubasiya mərkəzinin yaradılması ilə bağlı layihə yazmışıq. Aqrar bazarın araşdırılması mərkəzini qurmağı fikirləşirik. Mərkəzin əsas vəzifəsi ondan ibarət olacaq ki, xüsusilə Gəncə-Qazax regionunda olan  kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşsün. Onların hansı məhsul istehsal etdiyinə və bazarda hansı məhsula tələbat olduğu barədə məlumat versin. Məhsulların xarici bazara çıxmasına köməklik etsin. Yeni bir fənn yaradılıb. Bu da təşəbbüs və işgüzarlıq fənnidir. Burada tələbələrə öz fərqi biznesinin qurulması yolları öyrədiləcək.

Gəncə Dövlət Universitetində isə əsasən pedaqoq hazırlandığı üçün xüsusilə start up layihələrinin yazılması üzrə təlimlərin keçirilməsi istiqamətində işlər aparılır. Həmçinin müəllimlərin elmi yeniliklərinə patentlərin alınması yönünündə də kadrlar hazırlanır.

Vasif Həsənov GDU-nun İnnovasiyalar Departamentinin direktoru:Bu mədəniyyətin formalaşması üçün həm tələbələr həm də müəllimlərdə kommersiya yönümlü diplom işlərinin hazırlanması, onlarda elmi rəhbərlərinin rəhbərliyi altında sırf ticarət və sənaye ilə uyğunlaşacaq mövzular üzərində işlərmələrinə dəstək oluruq. əsas məqsədimiz bundan ibarətdir ki, kiçik və orta sahibkarlığa dəstək üçün qeyri-neft sektoruna uyğun start uplar, layihələr, təşəbbüskarları dəvət edirik. Yeni bir laboratoriyamız var. Elmi təcrübə laboratoriyası var. Avadanlıqların hamısı xaricdən təmin edilib.

Hər üç universitetdə aparılan işlər son iki ili əhatə edir. Bu isə onu deməyə əsas verir ki, əqli mülkiyyətin kommersiyalaşdırılması istiqamətində görüləcək geniş miqyaslı işlər hələ çoxdur.