Gəncəlilər qonşu ölkədə heyətinə yeni oyunçular cəlb etməklə yanaşı, yoxlama oyunlarında da qüvvəsini sınayacaq. Toplanışla bağlı komandanın baş məşqçisi Şahin Diniyev ARB KƏPƏZƏ fikirlərini bölüşüb. Sarı-göylər ayın 15-dən Ərzurumda hazırlıq keçir. Artıq 3-cü ildir ki, yay toplanışının xaricdə olan hissəsi məhz bu şəhərdə təşkil edilir. Komanda gündə iki dəfə - səhər və axşam olmaqla məşqlərə çıxır. Kəpəz Türkiyədə 3 yoldaşlıq görüşü keçirəcək. İlk olaraq bu gün Samsunsporla qarşılacaq dağlılar ardınca ayın 22-si və 24-də daha 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Şahin Diniyev heyətə cəlb edilən oyunçuların qısa vaxtda komandaya uyğunlaşmasına sevindiyini də gizlətməyib.“Kəpəz”in yeni futbolçuları nigeriyalı Laki Victor, malili Dialo Samba və braziliyalı Dedimar Ferreyradı. Həmçinin 2 yerli oyunçu - Aydın Qasımov və Serqey Çernışev də yeni mövsümdə Kəpəzin uğurları üçün çalıacaq.
ORXAN CƏFƏRZADƏ
- Baxış: 401