• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 18.07.2017 22:35

Silah satarkən yaxalandı

KepezTV Player

Paytaxt polisi silah satmaq istəyən kişinin arzusunu ürəyində qoyub. Əvvəllər də məhkumluq həyatı yaşayan şəxs elə iş başında yaxalanıb.

Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsinə bir nəfər naməlum şəxsin metronun Qara Qarayev stansiyasının yaxınlığında silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən dərhal həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş Abbasov Tofiq Ələddin oğlu şübhəli şəxs qismində saxlanılıb.Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay bundan əvvəl əldə etdiyini və üzərində satmaq niyyəti ilə gəzdirdiyini bildirib.Saxlanılan şəxsin üzərindən aşkar edilən tapançadan hansısa cinayətdə istifadə edilib-edilmədiyini dəqiqləşdirmək məqsədi ilə həmin silah ballistik ekspertizaya göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi iləcinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.