KepezTV Player
Kanalizasiya quyusuna düşən şəxsi xilas etmək istədi, özü də canından oldu. Fəciəvi hadisə Sumqayıtda qeydə alınıb. Saat 14:16-da FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub. FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar. Quyuya düşən vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb. Bu zaman xilasedicilərdən Ruslan Məmmədov qazdan boğularaq dünyasını dəyişib. Namiq Əhmədov, Natiq Məmmədov, Ayaz Əliyev və Zahid Bağırov isə zəhərlənib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
- Baxış: 544