• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1958
— 18.07.2017 21:45

Avtomobil aşdı... 1 qadın öldü, 3-ü yaralandı

KepezTV Player

Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşıb. Hadisə  Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb. Naftalan şəhər sakini 55 yaşlı Ceyhunə Hüseynovanın sükanı arxasında olduğu “Hyundai Santa Fe” markalı avtomobilin qarşısına qoyunlar çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücü və onun sərnişinləri 42 yaşlı Sahibə Hacıyeva,Tapqaraqoyunlu sakini 48 yaşlı Gülnarə Qarayeva və onun həmkəndlisi 44 yaşlı Arifə Əmirova xəsarət alıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Onlardan 42 yaşlı Sahibə Hacıyevanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Natiq Hüseyn