Ağdaşda narkotik tərkibli bitkilərin qanunsuz əkini ilə məşğul olan şəxs saxlanılıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaşın Ağzıbir kənd sakini, 42 yaşlı Cabir Şahmuradovun yaşadığı kəndin ərazisindəki meşədə narkotik tərkibli çətənə kolları yetişdirdiyi müəyyən edilib. Şahmuradov meşə ərazisində becərdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Polis əməkdaşları tərəfindən oradan 260 ədəd, çəkisi 423 kiloqram olan çətənə kolu aşkar edilərək maddi sübut kimi götürülüb.Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Rəşid Musayev Ağdaş RPŞ-nin təhqiqat qrupunun baş təhqiqatçısı: Şahmuradov Cabir Hidayət oğlunun yaşadığı kəndin meşə sahəsində aqrotexniki qaydada əkib becərdiyi ümumi sayı 260 ədəd cəmi çəkisi 423 kiloqram narkotik tərkibli bitkilər aşkar edilərək kökündən çıxardılıb maddi sübut kimi götürülmüşdür.Cabir Şahmuradov əvvəllər məhkum edilməmişdir.İlk dəfədir ki bu əməli törədir.Və törətdiyi əməldən peşmandır.İlkin ifadəsində narkotik tərkibli kolları özünün istifadə etməsi üçün əkməsini bildirmişdir.
Cabir Şahmuradov Ağdaş sakini: Ağzıbir kəndinin meşə sahəsində narkotik ağacı əkmişdim.Polislər tutdu gətirdi bura.Gətirdilər şöbəyə.Çəkmək üçün əkmişdim.İlk dəfədir əkmişəm əməlimdən peşmanam.
- Baxış: 673