• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1443
— 17.07.2017 19:40

Yardıma gedən tibb işçiləri döyüldü

KepezTV Player

7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aynurə Şamilzadə və feldşer Günay Həziyeva Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən restoranlardan birinə çağırışa gedən zaman gözləmədikləri vəziyyətlə üzləşiblər. İçkili halda olan xanıma yardım etmək istəyəndə bir neçə nəfər onlara xəsarət yetirib.

Qadını xəstəxanaya aparmaq istəyən tibb işçiləri bu dəfə elə xanımın özü tərəfindən təzyiqə məruz qalıblar.Zərərçəkənlər sonradan adlarını bildikləri Salmanova Günel və Elvin adlı şəxsdən aidiyyatlı orqanlara şikayət ediblər. Artıq Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsində  araşdırmalara başlanılıb. Müvafiq ekspertizaların rəyindən sonra fakta hüquqi qiymət veriləcək.