• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 15.07.2017 17:37

Gəncədə Türkiyədə çevrilişə cəhdin ildönümü anılıb

KepezTV Player

Gəncədəki türkiyə konsulluğunda ötən il 15 iyulda baş verən hadisələrin 1 ili münasibətiylə anım tədbiri təşkil olunub. Öncə mətbuat nümayəndələri ilə görüşən baş konsul Orhan İşık həmin vaxt sıravi insanların vətənə olan bağlılığı və dövlətə arxa çıxmaları nəticəsində vəziyyətin qısa müddətdə düzəldiyinə diqqət çəkib.Bununla da FETO-çuların məkirli planı baş tutmayıb. KİV təmsilçiləri də hadisəyə münasibət bildirərək Azərbaycanın bütün sahələrdə Türkiyəyə dəstək olduğunu vurğulayıblar. Konsul göstərilən qardaş mövqeyinə görə minnətdarlıq edib.

Orhan İşık  Türkiyənin Gəncədəki baş konsulu:Bizim üçün 15 iyul artıq bir bayramdır demokratiya bayramı. Bu şəhidlərimizin canı bahasına qeyd olunun bir bayramdır. FETO-nun törətdiyi hadisələrdən 1 il keçdi. Şəhidlərin yaxınları hələ də acı içərisində olduğundan eyni zamanda bu günü yas edirik. Bu hüznlə gələcəyə olan inancımızın güclənməsidir. Birilikdə yaşadığımız duyğudur. Bunu da şəhidlərimizə və qazilərimizə borcluyuq.