Gəncədə növbəti bağça əsaslı təmirdən sonra uşaqların ixtiyarına verilib. 120 yerlik, 2 korpusdan ibarət uşaq bağçasında altı qrup fəaliyyət göstərir. Birinci korpus 2 mərtəbəli, digər korpus isə 1 mərtəbəlidir. Tikilidə sanitar qovşağı, mətbəxt, şahmat, dərzi, tibb, musiqi, rəsm, yataq, soyunub-geyinmə və digər yardımçı otaqlar da mövcuddur. Balacaların rahatlığı üçün əziyyət çəkənlər isə şəhər icra hakimiyyəti tərəfindən mükafatlandırılıb.
Sevinc Rzayeva - valideyn: Yüksək səviyyədə dünya standartlarına cavab verən bağçanın təmiri ürəkaçandır. Məktəbəqədər müəssisələrin təzələnməsi bu gün doğrudan da aktual problem kimi qarşıda durur. Bu sahədə görülən işlər çox uğurla nəticələnir. Respublikanın kiçik vətəndaşları körpə fidanlara bu cür şəraitin yaradılması hamıdan çox biz valideynləri sevindirir.
Vəfa Hüseynova - valideyn: Bağçamızın əvvəlki şəraiti yaxşı olmadığı üçün uşaqları buraya qoyanda biz bir az narahatlıq hissi keçirirdik. Ancaq indi gözəl şərait olduğuna görə arxayın uşaqları buraya rahat gətirə biləcik. Burada əziyyət çəkən bütün işçi heyətinə təşəkkürümüzü bildiririk
Elmar Vəliyev - Gəncə Şəhər İcra Hakmiyyətinin başçısı:Bundan sonra 44 saylı bağçanın, 2 - 1 saylı məktəbin və 4 saylı inernat tipli məktəbin, 2 saylı peşə liseyinin açılışı da gözlənilir. Bununla yanaşı şəhərdə böyük infrastuktur layihələri həyata keçirilir. Su kanalizasiya layihəsi, yenidən qurulması, eyni zamanda Gəncə Mall, Gəncə Dövlət Filarmoniyasının, şəhərdə iki yeraltı keçidin, Kəpic zavodunun açılışları gözlənilir.
- Baxış: 1212