15 iyulda baş verənlər ordunun gücündən istifadə edilərək Türkiyədə xaos yaratmaq məqsədi daşıyırdı. Hədəf bölgədəki İraq, Suriya böhranını Türkiyəyə də gətirmək idi. Biz bunu indi daha yaxşı anlayırıq. 1 il bundan öncə ölkəsində baş verənləri dəyərləndirən Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık belə deyir.
Baş konsul Orhan İşık diqqəti dövlət çevrilişinə qədərki vəziyyətə çəkir. 15 iyul öncəsi Türkiyəni bürüyən terror aktları, daxildən dəstək alan xarici müdaxilələrin hakimiyyət çevrilişi məqsədi daşısa da xalq buna imkan vermədi. Yəni milli iradə və demokratiyaya sahib çıxmağı bacaran türklər ölkənin gələcəyi naminə qətiyyət göstərdi.
Orhan İşık - Türkiyənin Gəncədəki baş konsulu: Əhali küçələrə çıxaraq, tankların önünə sərilərək seçdikləri liderə dəstək oldular. Nəticədə çevriliş cəhdi alınmadı və Türkiyəni etibarsızlaşdırmaq cəhdləri puş oldu. 15 iyulda Türkiyə xalqın gücü ilə demokratiyaya sahib çıxdığını nümayiş etdirdi.
1 il bundan öncə baş verən hadisələr Türkiyəyə həm də tək olmadığını göstərdi. Təbii ki, Azərbaycanın qardaş mövqeyi xüsusi qeyd olunur.
Orhan İşık - Türkiyənin Gəncədəki baş konsulu: Çətin günlərdən dövlət və xalq olaraq yanımızda olduğunuz üçün minnətdarlığımızı bildirirəm. Həmin gün meydanlarda Türkiyə bayraqları ilə yanaşı Azərbaycan bayraqları da dalğalanırdı. 15 iyulda bizi daha yaxşı başa düşən qardaş ölkə Azərbaycan idi. Bu təhlükə tək Türkiyə üçün deyildi. Bütün qardaş coğrafiya üçün mövcud idi.
Türkiyənin Gəncədəki baş konsulluğunda iyulun 15-də həmin günün qurbanlarının xatirəsinə anım tədbiri də keçiriləcək.
- Baxış: 752