Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Mirnemət Mirbabayev Göygöl Rayon Polis Şöbəsinə rəis təyin olunub. Mirnemət Mirbabayev buna qədər Quba Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb. Xatıraladaq ki, Göygölün sabiq polis rəisi Bahadur Şükürov nazirin əmri ilə vəzifəsindən azad olunaraq, Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Natiq Hüseyn
- Baxış: 2421