• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1732
— 10.07.2017 17:48

Bitkilərdə nitratlar yol verilən həddi keçməyib

KepezTV Player

Aparılan analizlərə görə satışda olan qarpız, yemiş, pomidor, xiyar, çiyələk və göyərtilərdə nitrat artığının qalığı müəyyən olunsa da son zamanlar gətirilən nümunələrdə nitrat azotu icazə verilən normaya yaxınlaşıb. Hətta bəzi bitkilərdə bir qədər də aşağı olub. Ötən ildən fərqli olaraq bu il zəhərlənmələrin sayının az olması da meyvənin tez yetişməsi üçün gübrələrdən az istifadə olunduğunu göstərir.

Füzuli Ağayev -Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri : İldə 6-8 dəfə şəhər kolxoz bazarında nümunələr götürülür. Hər 15 gündən bir nümunələr götürürük. İnstitutda ionomer və nitrotest vasitəsilə onların qalıq miqdarını təyin edirik. İyul ayınadək götürdüyümüz nümunələrdə hələ nitrat azotonun artıqlığı qeyd olunmayıb. Hamısı norma və normadan aşağıdır. Sonra da da olmayacaq. Çünki artıq havalar isinir. Nitrat azotu parçalanmağa doğru gedir.

Yay mövsümündə daha çox istifadə etdiyimiz bitkilərdən biri də göyərtilərdir. Həmin məhsulları alarkən yığılma vaxtına diqqət etmək lazımdır.

satıcı : Dünən yığmışıq bu gün də gətirib satırıq. Axşam üstü toplayırıq

satıcı : Axşam yığırıq, tezdən də bazar gətiririk

satıcı : Göyərtilərin hamısı səhər yığılıb

Füzuli Ağayev -Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri : Səhər yığımında nitrat azotunun miqdarı nisbətən artıq olur. Günorta 20-25%, axşam tərəfi 35-40%-ə nitrat azotu parçalanıb, miqdarı azalır.  Ona görə yaxşı olardı ki, axşam üstü yığılan göyərtilərədn sitifadə olunsun. Azaltmaq üçün ancaq yaxşı dəfələrlə yuyulmalıdır ki, özəklərdə olan nitrat azotunun miqdarı nisbətən aşağı düşsün.

Torpaqla çox təmasda olan yerkökü və çuğundurda da nitrat daha artıq toplana bilir. Ona görə həmin bitkilər də mütləq axşamlar toplanmalıdır. Nitratı artıq olan qida ilə qidalanan insan orqanizmində nitrat nitritə çevrilir. Sonuncu da bağırsaqda kəskin zəhərlənmə yaradır.