Erməni vandallarının təxribatı nəticəsində 4 gün əvvəl qətlə yetirilən azyaşlı Zəhra və nənəsinin xatirəsi Gəncədə anılıb. Növbəti qanlı cinayətin Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirdiyi Azərbaycan Texnologiya Universitetində tədbirdə səsləndirilib. Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisə 25 il əvvəl Xocalıda mülki əhaliyə qarşı törədilən vəhşiliyin davamı kimi dəyərləndirilib. Sahibə və Zəhra Quliyevaların həlak olması, bir nəfər isə yaralanmasına səbəb olan cinayətin dünya birliyi tərəfindən birmənalı qarşılanmaması, mötəbər beynəlxalq təşkilatların Ermənistandan dünyəvi dəyərlərə zid hərəkətinə cavab tələb etməsinin vacibliyi vurğulanıb.
Nazim Vəliyev ATU-nun dekanı: “Azərbaycanın nüfuzu o qədər artıb ki, bu gün ABŞ əvvəlki vaxtdan daha çox qınadı və müzakirə etdi bu məsələləri. Hətta İtaliya senatı öz işini dayandıraraq qınadı bu hadisələri. Biz də kollektiv olaraq qınayırıq, belə hadisələrin təkrarlanmamasını istəyirik”.
Xəyalə Mürsəl
- Baxış: 374