Astarada evə basqın olub, 89 yaşlı qadın ağır yaralanıb. Hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.
89 yaşlı Kinəbacı Əsədullayevanın evinə daxil olan şəxs ona yatdığı yerdə bir neçə zərbə endirib. Qadının qışqırığına oyanan oğlu hadisə yerinə gələndə naməlum şəxs hadisə yerindən qaçıb.
Qan içində olan qadın dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Başında və qolunda ağır xəsarətlər olan Kinəbacı Əsədullayevə dərhal tibbi yardım göstərilib.
Qohumları hadisənin qadının nəvəsi Azər Məmmədov tərəfindən törədildiyini iddia edirlər. Hadisə ilə bağlı polisə məlumat verilib. Astara rayon polis şöbəsindən verilən məlumata görə, hələlik saxlanılan yoxdur faktla bağlı araşdırma aparılır, dəqiq məlumatlar araşdırmalar yekunlaşdıqdan sonra məlum olacaq.
- Baxış: 538