Hadisə Göygöldə baş verib. Bu gün səhər saatlarılnda Gəncə şəhər Təcili Tibbi Yardım Xəsətəxanasına bıçaqlanma faktı ilə xəstə daxil olub. Qarnın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan Gəncə şəhər sakini 51 yaşlı Etibar İbrahimov dərhal əməliyyat edilib. Məlum olub ki, hadisə Göygöl rayonunun “Dəllər bazarı” kimi tanınan ərazisində baş verib. Hal şahidlərinin sözlərinə görə, onu şəxsi münasibətlər zəminində öz bacanağı bıçaqlayıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Göygöl rayon Polis Şöbəsinin əməkdaşları onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirilər.
- Baxış: 1004