KepezTV Player
Gəncədə az yaşlının avtomobilin vurması faktı qeydə alınıb. Hadisə şəhərin Avtozavod qəsəbəsinə gedən yolda baş verib. Yolu keçmək istəyən Gəncə şəhər sakini Ülvi Bədəllini avtomobil vurub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Ona tibbi yardım göstərilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məharət Kərimov - həkim: "İlkin diaqnoz olaraq sol sifətin yuxarı və aşağı mahiyyələrinin əzilmiş, sıyrılmış yaraları, sol ayaq beşinci barmağın diaqnozu qoyulub. Xəstəyə sonrakı müayinə və müalicə üçün Gəncə şəhər 2 nömrəli Uşaq Xəstəxanasına polislərin iştirakı ilə göndərilib."
Elnur Vahidoğlu
- Baxış: 597