İyunun 27-də saat 02 radələrində paytaxtın Xəzər rayonu Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri və bir ədəd “DVD player” götürərək hadisə yerindən qaçıblar. Vasin xəstəxanaya yerləşdirilib. Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. Qeyd edək ki, hər iki şəxs İqor Vasini döyən zaman evdəki elektrik sobası aşıb,elə bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib.
- Baxış: 455