• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2024
— 29.06.2017 12:11

Azyaşlı "laqonda" ilə oynayarkən xəsarət aldı

KepezTV Player

Yevlaxda 3 yaşlı uşağın laqonda ilə oynamaq istəməsi bədbəxt sonluqla nəticələnib. Hadisə rayonun Salahlı kəndində baş verib. Böyüklərin gözündən yayınan Yusif Həsənov atasına məxsus kəsici aləti elektrik cərəyanına qoşub. İşə düşən laqonda azyaşlıya ağır xəsarət yetirib. Yaxınları Yusifi dərhal xəstəxanaya çatdırıb. Zərərçəkən təcili əməliyyat olunub. Məlum olub ki, alət uşağın qol sümüklərinin bir hissəsini də kəsərək ciddi zədələyib. Hazırda 3 yaşlı Yusif Həsənov reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər azyaşlının vəziyyətini orta-ağır qiymətləndirirlər.

Zülfiyyə Telmanqızı