• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 25.06.2017 22:28

Göygöldə qəza olub, xəsarət alan var

KepezTV Player

Göygöl rayonun da yol qəzası baş verib. Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini 46 yaşlı Zabit Tağıyevin VAZ 21099 markalı avtomobilini qarşı tərəfdən hərəkətdə olan “Opel”  markalı maşın vurub. Opelin sürücüsü avtomobili hadisə yerindən qaçırıb. Zabit Tağıyev onun arxasınca gedib və Opeli saxlatmağa çalışmaq üçün avtomobildən yapışıb. Maşını saxlamayan Opelin sürcüsü Zabit Tağıyevi bir neçə metr yerlə sürüyüb. Xəsarət alan yaralı əvvəlcə Göygöl rayon Mərkəzi Xəstəxanasına daha sonra isə göndərişlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti qənaət bəxşdir. Faktla bağlı araşdırma aparılır.

Zabit Tağıyev - zərərçəkən: “Ailəvi toydan çıxıb evə gedirdik. Oğlum sükan arxasında idi. Bir Opel maşını gəldi bizi vurdu, dayanmadı. Biz onun qabağına keçdik saxlatdıq üzr istədi. Ona kimsə zəng vurdu ki, maşını çıxart oradan. Sonra mənə dedi kimə istəyirsən zəng vur. Maşına oturub çıxıb gedəndə mən qapını açdım məni açıq qapıda 20 metrə kimi sürüdü. Saxlamdı elə də sürdü qaçdı”.

Şahin Quliyev - həkim: “Xəstə bədənin müxtəlif yerlərinin əzniyi və sıyrıqları, döş qəfəsinin küt travması ilə daxil olub. Deməsinə görə avto qəza nəticəsində xəsarət alıb. Hazırda sonrakı müayinə və müalicə üçün şöbəyə yerləşdirilib”.

Elnur Vahidoğlu