Tovuz rayonun Qovlar şəhər sakini 42 yaşlı Eyvaz Qarayev usta kimi işlədiyi evdə elektrik mişarı ilə ehtiyatsız davranıb. Nəticədə elektrik mişarı onun ayağını kəsib. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
- Baxış: 612