• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2051
— 24.06.2017 04:34

Tovuzda piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.

Rayonun Təzəkənd kənd sakini, 59 yaşlı Abbas Abdullayev yolu keçən zaman, hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.  Abbas Abdullayeva oturaq sümüyün sınığı diaqnozu qoyulub. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.