KepezTV Player
Hadisə Masallının Kolatan kəndində qeydə alınıb. Kənd sakini 59 yaşlı Allahşükür Məmmədov noxud əkdiyi tarlaya iribuynuzlu mal-qara girdiyini görərək özünə məxsus ov tüfəngi ilə heyvanları vurub. Hadisə zamanı Qızılavar kənd sakininə məxsus 1, Kolatan kənd sakinlərinə məxsus 3 iribuynuzlu heyvan yaralanıb. Onlardan biri çoxlu qan itiridiyindən sonradan ölüb. Digər 3 iribuynuzlu baytar həkimlərin nəzarətindədir. Hadisəni törədən şəxs Allahşükür Məmmədov dəfələrlə iribuynuzlu heyvanların sahiblərinə müaciət etdiyini, amma nəticəsinin olmadığını deyir.Hadisə ilə bağlı 102 xidmətinə məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gəlib.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 593