Daşkəsəndə dəhşətli qətlin üstü açılıb. Həyat yoldaşı və körpə övladını amansızcasına qətlə yetirən şəxs Göygöldə tutulub. Ailə münaqişəsi Raqif Ələkbərovu bu dəfə də dəmir barmaqlıqlar arxasına göndərəcək.
Hadisə Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib. Kənd sakini 38 yaşlı Raqif Ələkbərov ailə münaqişəsi zəmnində qeyri rəsmi nigahda olduğu həyat yoldaşı 37 yaşlı Kamilə Məmmədovanı və yenicə doğulan körpəsini qətlə yetirib. Cinayət törədən şəxs daha sonra həmin ərazini tərk edərək Göygöl rayonuna qohumlarının yaşadığı ünvana gəlib. Hadisədən səhər saatlarında xəbər tutan qonşular dərhal Daşkəsən rayon Polis Şöbəsinə məlumat veriblər.
Qabil Qurbanov Daşkəsən Rayon Polis Şöbəsinin CAB-nin rəisi: İsti izlərlə aparılan əməliyyat axtarış tədbirləri nəticəsində müəyən olunmuşdur ki, qətli törədən 1979 cu il təvəllüdlü Ələkbərov Raqif Əliş oğludur. Ələkbərov hadisəni törətdikdən sonra qaçıb gizlənib. Onun yeri Göygöl rayonu ərazisində müəyənləşərək yaxalanıb. O rayon prokurorluğuna təqdim olunub.
İlkin dindirmə zamanı törətdiyi cinayəti etiraf edən Raqif Ələkbərov hadisə vaxtı ağır dərəcli sərxoş olduğunu bildirib. Həyat yoldaşını isə onun sözünə qulaq asmadığı üçün öldürdüyünü deyib. Kamera qarşısında göz yaşlarına hakim ola bilməyən qatil olanları bu cür nəql edib.
Raqif Ələkbərov saxlanılan şəxs: Sözümə baxmırdı. Bir dedim iki dedim üç dedim. Evdən qaçırdı. Qaçdığına görə məndə məcbur olub araqdan içib o dərəcəyə çatdım ki, bunu vuracam vurdum.
Raqif Ələkbərov rəsmi və qeyri rəsmi 6 dəfə ailəli olub. Əvvəllər də bir dəfə məhkumluq həyatı yaşayan şəxs yenidən qanun qarşısında cavab verəcək.
Natiq Hüseyn
- Baxış: 1270